Modern.az

Helikopterlər toqquşdu - 10 nəfər öldü

Helikopterlər toqquşdu - 10 nəfər öldü

Dünya

23 Aprel 2024, 08:28

Malayziyanın Lumut şəhərində iki helikopter ölkənin Kral Dəniz Qüvvələrinin 90 illiyi ilə bağlı hava paradından əvvəl təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib.

 

Xidmət hər iki hava gəmisində olan 10 ekipaj üzvünün həlak olduğunu açıqlayıb.

 

Yerli mediada yayılmış görüntülərə əsasən, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.

 

İlkin məlumata görə, helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza düşüb. Onlardan birində üç, digərində yeddi ekipaj üzvü var idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok