Modern.az

Mirzoyan Macarıstana GEDİR

Mirzoyan Macarıstana GEDİR

Dünya

6 May 2024, 10:25

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Macarıstanda rəsmi səfərdə olacaq.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

 

Mirzoyanın Macarıstanın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşü nəzərdə tutulub. Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

 

Ermənistan və Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi