Modern.az

Atəşkəs Ukrayna üçün çox təhlükəlidir

Atəşkəs Ukrayna üçün çox təhlükəlidir

Dünya

26 May 2024, 00:15

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəs məsələsinə baxmağı mümkün hesab etmir.

 

Modern.azxəbər verir ki, bunu Zelenski “Orda” nəşrinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, hazırda atəşkəs Ukrayna üçün çox təhlükəlidir. Rusiya bu vəziyyətdən öz mövqelərini gücləndirmək üçün istifadə edə bilər.

 

Rusiya Prezidenti Vladimir Putin cümə günü Minskdə keçirdiyi mətbuat konfransında vurğulayıb ki, Moskva Kiyevlə dialoqu davam etdirməyə hazırdır. Lakin danışıqlara Türkiyə və Belarusda əvvəllər əldə edilmiş razılaşmalar əsasında, eləcə də sahədəki mövcud vəziyyəti nəzərə alaraq qayıtmaq olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?