Modern.az

KXDR-dən Koreya və ABŞ-yə XƏBƏRDARLIQ

KXDR-dən Koreya və ABŞ-yə XƏBƏRDARLIQ

Dünya

26 May 2024, 11:58

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ordusu Koreya Respublikası və ABŞ tərəfindən dəniz sərhədinin pozulması, artan hava kəşfiyyatı və göndərilən vərəqələrə cavab olaraq tədbir görəcək.

 

Modern.az xəbər verir ki, bu barədə KXDR müdafiə nazirinin müavini Kim Qan İlin bəyanatında deyilir.

 

Onun sözlərinə görə, son zamanlar ABŞ və Koreya Hərbi Hava Qüvvələri açıq şəkildə KXDR-ə qarşı hava kəşfiyyatının sayını artırıb:

 

“Mayın 13-dən 24-dək ABŞ Hərbi Hava Qüvvələri 16 kəşfiyyat təyyarəsi hərəkətə keçib. Seul və Vaşinqton demək olar ki, fasiləsiz və hər gün hava kəşfiyyatı həyata keçirməklə KXDR-in milli suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozurlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?