Modern.az

İsrail üç gəncin öldürülməsində “HƏMAS”ı günahkar hesab edir

İsrail üç gəncin öldürülməsində “HƏMAS”ı günahkar hesab edir

1 İyul 2014, 11:17



Bir neçə gün öncə qaçırılan 3 israilli gəncin cəsədi Fələstin Muxtariyyətinə aid Hevron şəhəri yaxınlığında aşkarlanıb.

Modern.az xarici mətbuata istinadən xəbərə verir ki, İsrailin baş naziri Benyamin Netanyahu cinayətin məsuliyyətini “HƏMAS” qruplaşmasının üzərində olduğunu bildirib və təşkilatı hədələyib: “İsrailli yeniyetmələrin oğurlanıb öldürülməsinə görə “HƏMAS” məsuliyyət daşıyır və buna görə cavab verəcək.

İsrail hərbi-hava qüvvələri gecə saatlarında Qəzza sektorundakı 34 obyektə hava zərbəsi endirib. Bu gün İsrailin Nazirlər Kabinetinin təcili iclasında “HƏMAS” təşkilatına qarşı hansı cavab addımlarının atılması müzakirə olunacaq. Paralel olaraq Mahmud Abbas hökumətinin də hadisələrdə hansı rol oynadığı araşdırılacaq.

Xatırladaq ki, qətlə yetirilən 16 yaşlı Qilag Şaer, Naftali Şenkel və 19 yaşlı Eyalya İfrah 8 gün öncə məktəbə gedərkən yolda naməlum şəxslər tərəfindən oğulanmışdılar.

Vüqar İsmayılov     

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok