Modern.az

Dövlət dili bilməyən 4 namizəd prezident seçkisindən kənarlaşdırıldı

Dövlət dili bilməyən 4 namizəd prezident seçkisindən kənarlaşdırıldı

Dünya

10 Mart 2015, 13:46



Aprelin 26-da növbədənkənar prezident seçkilərinin keçiriləcəyi Qazaxıstanda namizədlərdən biri mübarizəni tərk edib. Modern.az xarici mətbuta istinadən xəbər verir ki, namizədlərdən Erjan Serqazin qazax dilinə yiyələnmə faizini müəyyənləşdirən və bütün prezidentliyə namizədlərin verməli olduğu imtahandan keçə bilməyib. Qazaxıstan linqvistika komissiyasının sədri Mırtazay Joldasbekovun sözlərinə görə, imtahandan kəsilən Serqazinin namizədliyi avtomatik ləğv olunacaq.

Bundan əvvəl, qazax dili ilə bağlı keçirilən imtahanda lazımi nəticə göstərə bilməyən daha 3 namizəd də seçki marafonundan kənarlaşdırılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı