Modern.az

NATO-dan Rusiyaya çağırış: “zərbələri dayandırın”

NATO-dan  Rusiyaya çağırış:  “zərbələri dayandırın”

Dünya

5 Oktyabr 2015, 23:52

NATO Şurası Rusiyanı Suriyada "mötədil müxalifətə endirilən zərbələri dərhal dayandırmağa" çağırıb.

Modern.az Report-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Şurasının Brüsseldə Suriya ilə bağlı keçirilmiş təcili iclasının yekunlarına əsasən qəbul olunan bəyanatında deyilir.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, Rusiya Suriyada "məğlubiyyət strategiyasını" dəstəkləyir. Pentaqon rəhbərinin sözlərinə görə, Rusiya öz aviazərbələri ilə Suriyada gedən vətəndaş müharibəsini gərginləşdirir. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok