Modern.az

Trampdan İranla bağlı şok açıqlama...

 Trampdan İranla bağlı şok açıqlama...

22 Mart 2016, 22:51

 

ABŞ prezidentliyinə namizədliyini irəli sürən milyarder iş adamı Donald Tramp prezident olarsa ilki işinin nə olacağını açıqlayıb. Modern.az saytı xarici mətbuata istinadən məlumatına görə, D.Tramp prezident seçilərsə, ilk olaraq İranla imzalanmış nüvə proqramı anlaşmasını ləğv edəcəyini dilə gətirib.  

Həmin anlaşmanın "tam bir fəlakət" olduğunu deyən Tramp müqaviləni həm ABŞ, həm İsrail, həm də Orta Şərq üçün tam bir uğursuzluq hesab edir.

Tramp İranla bu anlaşmanı İsrailin başına gələn ən pis hadisə adlandırıb. Tramp açıqlamasında "İranın terror şəbəkəsini tamamilə çökdürəcəyik. Güclü və böyük şəbəkələri var, ancaq biz daha güclüyük” deyib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok