Modern.az

Komitə sədri son qəbul günü keçirib

Komitə sədri son qəbul günü keçirib

Aktual

10 İyun 2016, 20:09

 

Milli Məclisdə Əmək və Sosial Siyasət Komitəsinin sədrinin yaz sessiyasında son qəbul günü keçirilib. Modern.az saytı xəbər verir ki, Hadi Rəcəblinin keçirdiyi qəbulda 32 nəfər vətəndaş iştirak edib. Digər qəbullardan fərqli olaraq bu dəfə şikayət edənlərin sayında nisbi azalma və xarakterində dəyişiklik müşahidə olunub.

Müraciətlər müxtəlif sahələrlə bağlı olan məsələləri əhatə edib. Bunlardan bir neçəsi Qarabağ əlillərinə mənzil verilməsində növbəyə durmaq, sosial durumu ağır olan insanların yardım almaq, işlə təmin olunmaq, himayədarlığa götürmə və ailəsi dağılmış insanların qarşı tərəflə yaşanan problemlərin həlli ilə bağlı idi.

Müraciət edənlərin böyük əksəriyyətinin qaldırdığı məsələlər yerindəcə həll olunub. Şikayətlərin bir neçəsinə hüquqi aydınlıq gətirilib, digərləri isə komitə əməkdaşları tərəfindən gündəlik nəzarətə götürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı