Modern.az

Lənkəranda sürücü sükan arxasında öldü

Lənkəranda sürücü sükan arxasında öldü

Hadisə

24 May 2026, 20:40

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

Belə ki, 57 yaşlı Lənkəran şəhər sakini Vüqar Bağırov idarə etdiyi avtomobildə hərəkətdə olarkən sükan arxasında qəfil ürək çatışmazlığından həyatını itirib. Nəticədə nəzarətdən çıxan avtomobil yol kənarında yerləşən obyektə çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib.

(Oxu)

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır