Modern.az

Tərtərdə azyaşlı hərbi sursatın partlaması nəticəsində yaralanıb  

Tərtərdə azyaşlı hərbi sursatın partlaması nəticəsində yaralanıb   

Current

16 İyun 2016, 00:58

Tərtər rayonun Əskipara kəndinin azyaşlı sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, partlayış nəticəsində azyaşlının üzü və ayaqları yanıb.

Belə ki, kənd sakini həyətində təmizlik işləri apararkən azyaşlının əlindəki kibritlə çöldə toplanmış tullantılara od vurması partlayışa səbəb olub. Partlayış nəticəsində o, ağır yanıq xəsarətləri alıb. Dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılan uşaq ambulator müayinədən sonra evə buraxılıb.

Hazırda azyaşlının vəziyyəti orta ağırdır.

Qeyd edək ki, azyaşlının agır yaralanmasına səbəb olan hərbi sursatın adı hələlik məlum deyil.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı