Modern.az

Fransada türk ailə evdə ölü tapıldı

Fransada türk ailə evdə ölü tapıldı

Aktual

12 İyul 2016, 23:28

Fransanın şərqindəki Folschviller şəhərində 4 nəfərlik Daşdemir ailəsinin üzvləri evlərində ölü tapılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, evdə ana ilə 3 və 7 yaşlarındakı uşaqlarının boğularaq öldürüldüyü, biləklərində kəsik olan ata Gökhan Daşdemirin də həyatını itirdiyi müəyyən olunub.

Folschvillerin meri Qabriel Müller açıqlamasında dünən günortadan sonra ortaya çıxan dramın şəhərdə şok təsiri yaratdığını deyib.

Ailəni ziyarətə gedən ananın bacısının hadisəni fərq edərək jandarma xəbər verdiyini bildirən Müller, aparılan araşdırmalara görə ata Daşdemir  əvvəl uşaqlarını və arvadını öldürüb, daha sonra da intihar edib.

 

Daşdemir cütlüyünün yaxınları isə arvadla ərinin bir müddətdir problemlər yaşadığını, ancaq qarajın qapısının açıq olması və ailəyə məxsus avtomobilin evdən 200 metr uzaqda yerləşməsi səbəbindən cinayət ehtimalının də araşdırılması lazım olduğunu dilə gətirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı