Modern.az

Ramil Usubov türkiyəli həmkarına zəng edib

Ramil Usubov türkiyəli həmkarına zəng edib

Aktual

19 İyul 2016, 21:01

Azərbaycanın daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarı Efkan Alaya zəng edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

R.Usubov hərbi çevrilişin qəbuledilməz olduğunu bildirərək, Türkiyədəki demokratiyaya və seçilmiş hökumətə tam dəstək verdiklərini vurğulayıb.

E.Ala öz növbəsində verilən dəstəyə və göstərdiyi həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkür edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı