Modern.az

Tokionun meri ilk dəfə qadın seçildi

Tokionun meri ilk dəfə qadın seçildi

Aktual

31 İyul 2016, 22:29

Yaponiyanın keçmiş müdafiə naziri Yuriko Koike Tokionun tarixində ilk qadın mer seçilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, iyulun 31-də keçirilən seçkidə inamla qalib gəlib.

Səsvermənin nəticələrinə görə, Koike 2 milyon 912 min səs toplayıb. Onun əsas rəqibləri - sabiq ümummilli işlər naziri Xiroya Masuda və tanınmış jurnalist və teleaparıcı Syuntaro Toriqoe müvafiq olaraq 1,93 və 1,35 milyon səs yığa biliblər.

 

Tokionun meri yerinə ümumilikdə 21 namizəd iddialı olub. Bu 2011-ci ildən Yaponiya paytaxtında keçirilən dördüncü mer seçkisidir. Sonuncu iki şəhər rəhbəri maliyyə qalmaqalına görə vəzifələrindən gediblər.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı