NİDA Gənclər Hərəkatının üzvü Elgiz Qəhrəmannarkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ittihamı ilə 4 aylıq müddətə həbs edilib.
Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu ittiuhamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
NİDA-dan veroilən xəbərə görə Elgiz Qəhramanı avqustun 12-də yaxın dostu ilə birgə saxlanılıb. Onları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Onun dostu bir saatdan sonra buraxılıb. NİDA-çı gənci isə idarədə saxlayıblar.
Elgiz Qəhrəmanın Türkiyədə təhsil aldığı deyilir. O, riyaziyyat və siyasi bilimlər üzrə təhsil alıb.
Modern.az