Modern.az

İstirahət mərkəzində ölüm

İstirahət mərkəzində ölüm

Aktual

17 Avqust 2016, 00:54

Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində bədbəxt hadisə baş verib. Modern.az "Report"a istinadən bildirir ki, 2002-ci il təvəllüdlü Lənkəran rayon Velədi kənd sakini Şıxəlizadə Zəhra Səfail qızı özünü pis hiss edərək pilləkəndən yıxılıb. Yeniyetmə ağır vəziyyətdə Ləkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin üzərində həyat əlamətləri olmadığından meyit aidiyyəti üzrə təhvil verilib.

Lənkəran rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı