İsrail “Azadlıq” gəmisi ilə bağlı qalmaqala görə Türkiyəyə 20 milyon dollar kompensasiya ödəyəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ədliyyə naziri Bekir Bozdaq deyib.
Onun sözlərinə görə, həmin məbləğ yaxın 25 gün ərzində ödəniləcək. Bundan əvvəl Türkiyənin baş naziri Binali Yıldırım xəbər verib ki, İsrail əlaqələrin normallaşması üçün Türkiyənin bütün şərtlərinə razılaşıb.
Onun sözlərinə görə, İsrail həm də Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağının mühasirəsinin götürülməsinə razılıq verib.
Modern.az