Modern.az

Deputatdan jurnalistə sərt CAVAB: “Bic doğulublar”

Deputatdan jurnalistə sərt CAVAB: “Bic doğulublar”

Aktual

20 Avqust 2016, 12:12

 

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın facebbok hesabın yazdığı status  müzakirələrə səbəb olub.

 

Modern.az xəbər verir ki, deputat ona zəng vurub, Fətullah Gülənlə bağlı sual verən sayt əməkdaşını təhqir edib. Fazil Mustafanın statusunun olduğu kimi təqdim edirik:

 

"Bir jurnalist zəng vurub sual verir ki, tərəfdar.az (İran kəşfiyyatı ilə bağlı saytlardan biri) saytı yazır ki, bəs Fazil Mustafa gülənçidir. Buna münasibətiniz.

 

Cavab verdim ki, mən də iddia edirəm ki, tərəfdar.az saytının redaktoru bic doğulub və qanundankənar atası da məhz Fətullah Güləndir. Jurnalist bir də təkrar soruşur ki, siz bu iddianızı sübut edə bilərsinizmi? Deyirəm ki, mən ancaq saytın iddiasına qarşı iddia ilə çıxış etmişəm. Buyurub, onlar iddialarını sübut etsinlər, ardınca mən də iddiamı əsaslandırım. Səs çıxmadı".

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı