Modern.az

2 nəfər dənizdə BOĞULDU

2 nəfər dənizdə BOĞULDU

Güncel

23 Avqust 2016, 11:51

Daha iki nəfər dənizdə boğulub. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə hadisə avqustun 22-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindəki dəniz çimərliyində qeydə alınıb.

 

Belə ki, qəsəbə sakinləri Zaur Məmmədov və Filman Məmmədov dənizdə çimərkən boğulublar.

Onların meyitləri sudan çıxarılıb.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı