Səhiyyə Nazirliyi ərəb turistlərinin qəzaya düşməsi ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb:
“Onlardan 12 nəfəri Bakıya gətirilərək Klinik Tibbi Mərkəzə yerləşdirilib.
4 nəfərinə yerində yardım göstərilib, buraxılıb. Vəziyyəti orta-ağırlıqda olan 8 nəfərdən 6 nəfəri səfirlik xəstəxanadan aparıb. Bizdə qalan 2 nəfərin də vəziyyəti orta-ağır qiymətləndirilir”.
S.Əhmədova bildirib ki, qəza nəticəsində ölən olmayıb.
Gülşən RAUFQIZI