“11 sentyabrda Milli Şuranın mitinqinə qatılmış 2500-ə yaxın insanın hamısı onların tərəfdarları olmayıb”.
Bu barədə Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib.
O bildirib ki, Milli Şuranın 11 sentybardakı mitinqində yalnız 800 nəfər müxalifətçi olub:
“2500 nəfərin içində jurnalistlər, hüquq mühafizə orqanlarının əməkdşları və digər şəxlər də var idi. Əslində mitinqdə Milli Şuranın öz kontingenti 800 nəfərdən yuxarı olmayıb.
800 nəfərin içində olan qohum-əqrəbaları, pulla tutulmuş adamlar, yolunu azdırılmış insanlar 11 sentyabrda mitinqə toplanmışdılar”.
“Nəyə görə bu dəfə müxalifətin mitinqini müşahidə etmədiniz” sualına Siyavuş Novruzov belə cavab verib:
“Onu kim deyir ki, mən 11 sentyabrda mitinqə qatılmamışam? Mən hər bir prosesi yaxşı izləyirəm. Harada nə baş verirsə, çox gözəl bilirəm”.
Ağa AKİFOĞLU