Modern.az

Almaniya Türkiyədəki səfirlik və konsulluqlarını bağladı

Almaniya Türkiyədəki səfirlik və konsulluqlarını bağladı

Aktual

15 Sentyabr 2016, 00:45

Yüksək terror təhlükəsi səbəbi ilə Almaniya Türkiyədəki səfirlik və konsulluqlarını bağlayıb. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı  Virtualaz.org "Bild" nəşrinə istinadən yayıb. Məlumata görə, Türkiyədəki alman məktəbləri sentyabrın 16-dək məhdud rejimdə işləyəcək. Həmin məktəblərdə kənar şəxslərin qəbulu artıq dayandırılıb.

 

Qəzetin məlumatında bildirilir ki, səfirlik terror hücumları barədə xəbərdarlıq alıb. Bununla bağlı, diplomatik nümayəndəliklərin əməkdaşlarının, müəllimlərin və şagirdlərin təhlükəsizliyi üçün zəruri addımlar atılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı