Ermənistanın parlamenti Artur Davtyanı baş prokuror seçib.
Modern.az-ın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, parlamentdə səsvermədə iştirak edən 103 deputatdan 97-si onun lehinə, 3-ü əleyhinə səs verib, 3 bülleten isə etibarsız sayılıb.
38 yaşlı Artur Davtyan bu vəzifəyə yeganə namizəd olub.
Xatıırladaq ki, bu il avqustun 4-də Ermənistanın baş prokuroru Gevork Kostanyan səhhətində problemin yarandığını əsas göstərərək istefa verib.
Ağa AKİFOĞLU