Modern.az

Yeni ailə quran xanım dünyasını dəyişib

Yeni ailə quran xanım dünyasını dəyişib

Aktual

16 Sentyabr 2016, 00:45

Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib.

Ağsu rayonundan 10 gündür ki  Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayononun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

 

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon  Xəstəxanadan verilən məlumata görə , mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.     

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı