Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır.
Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Modern.az mərkəzə istinadən şou-biznes nümayəndələri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9669 xəbər yerləşdirilib. Bunlardan 289 xəbər mənfi, 10 xəbər müsbət və 9370 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Mətanət İsgəndərli (113 xəbər –müğənninin adının adam oğurluğunda hallanması, Çovdarovla əlbir olması iddiaları), Rəqsanə İsmayılova (72 xəbər – müğənninin musiqiçiyə pul atması, hədələməsi iddiaları), Aygün Bəylər (57 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər). Müsbət xəbərlər isə Oksana Rəsulova, Məleykə Əsədova, Tarix Əliyev, Miri Yusif və Nigar Camala (2 xəbər – mükafata layiq görülmələri) məxsusdur.
Xəbər sayına görə sıralama:
10. Nadir Qafarzadə 213 xəbər
| |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 406 xəbər dərc edilib. Bu xəbərlərdən 388-i neytral, 18-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Aygün Bəylər (11 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər), Rəqsanə İsmayılova (4 xəbər – müğənninin musiqiçiyə pul atması iddiaları) və Mətanət İsgəndərliyə (3 xəbər – müğənninin adının adam oğurluğunda hallanması) məxsusdur. Sentyabr ayında yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
10. Nazpəri Dostəliyeva 10 xəbər
Sentyabr ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 70 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
Modern.az