Modern.az

Türkiyə müxalifətinin lideri həbs oluna bilər

Türkiyə müxalifətinin lideri həbs oluna bilər

Aktual

11 Oktyabr 2016, 14:02

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri  Kamal Kılıçdaroğlu həbs oluna bilər. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət partiyasının lideri barəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və oğlu Bilalın şikayəti əsasında "mətbuat vasitəsilə təhqir etmək" ittihamı ilə aparılan istintaq başa çatıb.   

 

Türkiyə prezidenti ölkədə uğursuz dövlət çevrilişi cəhdindən sonra nümayiş etdirdiyi mövqeyinə görə, Kamal Kılıçdaroğlu barəsində verdiyi şikayəti geri götürüb. 

 

Ancaq Bilal Ərdoğanın şikayəti əsasında CHP sədri haqda 2 il 8 ay həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb. 

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı