Modern.az

Nazarbayev Ermənistana getməyəcək

Nazarbayev Ermənistana getməyəcək

مورد توجه

12 Oktyabr 2016, 10:47

Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay ölkə prezidentinin Bakı və Yerevana gözlənilən səfərləri ilə bağlı məlumat yayıb.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, prezidentin mətbuat katibi deyib ki, bu həftənin sonuna kimi Nursultan Nazarbayevin beynəlxalq tədbirlərdə iştirakı nəzərdə tutulmayıb.

 

 A.Ukibay prezidentin səhhəti ilə əlaqədar onun iş qrafikində müəyyən dəyişikliklər edildiyini bildirib:

“KTMT-nin oktyabrın 14-də İrəvanda keçiriləcək iclasında isə Qazaxıstanı baş nazir təmsil edəcək”.

 

Mətbuat katibi prezidentin səhhəti ilə bağlı açıqlayıb ki, soyuqdəymə ilə bağlı planlı müalicə aparılır, lakin onun səhhətində narahatlıq doğuracaq ciddi heç nə yoxdur. 

 

Xatırladaq ki, N. Nazarbayevin oktyabrın 12-də Azərbaycana səfəri nəzərdə tutulurdu.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı