Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Current

12 Oktyabr 2016, 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oktyabrın 13-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə 12-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacağı gözlənilir.

 Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

 Oktyabrın 12-13-də Bakıda və  Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.

 Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı