Modern.az

Rusiyalı səfir: “Qarabağ məsələsi Minsk qrupu çərçivəsində həll olunacaq“

Rusiyalı səfir: “Qarabağ məsələsi Minsk qrupu çərçivəsində həll olunacaq“

Aktual

13 Oktyabr 2016, 13:34

“Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həll oluna bilər”.

 

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ölkədəki səfiri İvan Volınkin deyib.

 

 O, AŞPA-nın sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamalarına cavab verib.

 

“Məsələ ancaq Minsk qrupunun vasitəçiliyi ilə həll olunacaq. Digər ölkələr prosesdə heç bir təsir, iştirak etmirlər. Hər şey Minsk qrupu çərçivəsində həll olunacaq”.  

 

 

Rusiyalı diplomat ilin sonuna qədər həmsədrlərin regiona səfər edəcəklərini də xatırladıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı