Modern.az

Deputatdan Baş Prokurorluğa korrupsiya İTTİHAMI

Deputatdan Baş Prokurorluğa korrupsiya İTTİHAMI

Aktual

14 Oktyabr 2016, 12:25

“Korrupsiyaya qarşı Mübarizə İdarəsi birbaşa ölkə prezidentinə tabe olsun. Çünki Baş Prokurorluğun özündə də zaman-zaman korrupsiya olub. Heç kim deyə bilməz ki, nə zamansa Baş Prokurorluqda korrupsiya faktı olmayacaq”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri bu gün Milli Məclisin iclasında deputat Fərəc Quliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişiklərin müzakirəsi zamanı deyib.

 

O bildirib ki, Azərbaycanda korrupsiya və şantaja görə həbs olunan prokurorlar olub: “Bilirik ki, hətta Azərbaycanda şantaja görə həbs olunan və cinayət məsuliyyətinə cəlb olunan prokurolar olub. Bu baxımdan Korrupsiyaya qarşı Mübarizə İdarəsi birbaşa prezidentə tabe olsa daha effektli olar”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı