Modern.az

"Qarabağ"ın oyununa 1 manata da bilet almaq olacaq

"Qarabağ"ın oyununa 1 manata da bilet almaq olacaq

Aktual

14 Oktyabr 2016, 21:55

Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanın PAOK klubunu qəbul edəcək. Modern.az saytı klubun saytına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

 

1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN

8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN

11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN

13 və 16 nömrəli sektorlar - 10 AZN

14 və 15 nömrəli sektorlar - 20 AZN

VİP - 50 AZN

 

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı oktyabrın 20-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı