Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə dünən axşam saatlarında qeydə alınıb.
"Ford Tranzit" markalı maşın yolu keçmək istəyən Quba şəhər sakini, 1957-ci il təvəllüdlü Yusifov Adil Nüsrəddin oğlunu avtomobil vurub. Nəticədə o, ağır xəsarət alıb.
Yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Modern.az