Modern.az

Torpaq sürüşməsi əhalini təşvişə salıb - VİDEO

Torpaq sürüşməsi əhalini təşvişə salıb - VİDEO

Aktual

18 Oktyabr 2016, 22:08

İsmayıllıda ötən ilin aprel ayında baş verən sürüşmə yağışların artması ilə yenidən aktiv fazaya keçib. Modern.az saytı xəbər verir ki, ARB TV-nin məlumatına görə, 1015 sakini olan kənddə 3 gündür davam edən sürüşmə insanları təşvişə salıb. Torpaq kütləsi ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir. Təsərrüfatlara da xeyli ziyan dəyib.

 

Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Ümümiyyətlə isə sürüşmə təhlükəsi ölkə ərazisində olan digər zonalarda da aktivləşməyə başlayıb. Xüsusilə də Şamaxı Qobustan zonasında sürüşmə ən yüksək həddə çatıb. Həmçinin paytaxtın sürüşmə zonalarında da fəallaşma ehtimalı yüksəkdir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun məlumatına görə, ölkə ərazisində yağıntının miqdarı xeyli artıb və bu artım daha çox Böyük Qafqazın cənub yamaclarında - Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Qusar rayonlarında müşahidə edilir. Yağıntıların miqdarının artmağına gəlincə isə, bu, qlobal iqlim dəyişiklikləri ilə əlaqəli olan prosesdir.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı