Rusiyanın Başqırdıstan respublikasının miqrasiya orqanları 2016-cı ilin 11 ayında ölkədən 40 Azərbaqycan vətəndaşını deportasiya edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onların hamısı yerli miqrasiya qanunuvericiliyini pozduqları üçün deportasiya olunub.
Bundan başqa, cari ildə 282 Özbəkistan, 85 Tacikistan, 10 Türkiyə və s. ölkə vətəndaşları da bölgəni tərk etməli olub.
Vüqar İSMAYILOV