Modern.az

Azercell internet abunəçilərinə problemlər yaşatdı

Azercell internet abunəçilərinə problemlər yaşatdı

Aktual

17 Aprel 2017, 15:39

Bu gün Azercell şirkətinin internet xidmətindən istifadə edən abunəçilər müəyyən problemlər yaşayıblar. Modern.az saytı xəbər verir ki, günün müxtəlif saatlarında Azercell-in internet xidmətinin işində yaranmış fasilələr – kəsilmələr abunəçilərdə ciddi narazılıq doğurub. İnternetin kəsilməsi Azersell-in bu xidmətindən istifadə edən bank sektoru və digər sahələrin də işinə əngəllər yaradıb.


“Azercell Telekom” MMC məsələ ilə əlaqədar Modern.az-a açıqlama verib. Şirkətin mətbuat xidmətinin açıqlamasında deyilir:


“Məlumat üçün bildiririk ki, 17.04.2017-ci il tarixində, saat 12:00-14:15 radələrində “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi. Yaranmış halın aradan qaldırIlması üçün təcili tədbirlər görülmüş və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilmişdir”.

 



Namidə Bingöl

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı