Modern.az

Lənkərandakı ağır qəza ilə bağlı rəsmi məlumat: 2 ölü, 2 yaralı

Lənkərandakı ağır qəza ilə bağlı rəsmi məlumat: 2 ölü, 2 yaralı

Aktual

27 Aprel 2017, 12:26

Aprelin 26-da saat 22 radələrində Lənkəran rayonunun Velədi kəndi ərazisində Gərmətük qəsəbə sakini Anar Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən həmyerlisi Mahir Rüstəmovun idarə etdiyi "VAZ-21725" markalı avtomobilə vurub və idarəetməni itirdiyindən əks istiqamədə gələn "Hovo" markalı avtomobilə çırpılıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nəticədə A.Şükürov və sərnişini, azyaşlı Amid Feyzullayev hadisə yerində ölüblər, habelə M.Rüstəmov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı