Modern.az

Əhalinin banklarda 6,820.1 milyon manat əmanəti var  

Əhalinin banklarda 6,820.1 milyon manat əmanəti var   

Aktual

12 İyul 2017, 16:35

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30,101.1 milyon, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil edib.

Bu barədə Modern.az-a Maliyyə Bazarına Nəzarət Palatasından məlumat verilib.

Bildirilib ki, bank sektorunun balans kapitalı 2,758.8 milyon manatdır. Əhalinin əmanətləri 6,820.1 milyon manat həcmindədir.


Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edir.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı