Modern.az

Paytaxtda silahlı insident

Paytaxtda silahlı insident

Aktual

6 Sentyabr 2017, 23:14

Bakının Sabunçu rayonunda silahlı insident baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu sol qolunun dirsək nahiyəsini dəlib keçən güllə yarası alıb.

Çoxlu qan itirən E.Məhərrəmov özü polisə məlumat verib və xəstəxanaya gəlib. Həkimlər onun çoxlu qan itirdiyini bildirirlər. Yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı