Modern.az

İnterpol bu azərbaycanlını axtarır

İnterpol bu azərbaycanlını axtarır

Current

3 Oktyabr 2017, 22:07

İnterpol daha bir azərbaycanlı barəsində axtarış elan edib.  Modern.az "Trend"ə istinadən xəbər verir ki, 1991-ci ildə Azərbaycanda doğulan Elmin Ağamirov oğruluq etməkdə təqsirləndirilib.

 

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən E.Ağamirov barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. O, istintaqdan yayınıb.

 

Məhkəmə E.Ağamirovun həbs edilməsi barədə qərar çıxarıb. Həmin qərarla İnterpol E.Ağamirov barəsində beynəlxalq axtarış elan edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı