Modern.az

Məhkumların əsas problemləri öyrənilib

Məhkumların əsas problemləri öyrənilib

Aktual

22 Dekabr 2017, 20:14

Ədliyyə naziri yanında İctimai Komitə Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə açıqlamasında Komitə üzvü Əhməd Abasbəyli məlumat verib.

 

Komitə üzvü bildirib ki, monitorinq zamanı müəssisədə cəza çəkən məhkumların yaşayış səraiti, saxlanma vəziyyəti araşdırılıb:

 

"Monitorinq zamanı məhbusların yataq yerləri, yeməkləri, ailə üzvləri ilə görüşmə vəziyyəti, görüş yerlərinin vəziyyəti araşdırıldı. Bununla bağlı ciddi araşdırmalar apardıq və məhkumlarla təkbətək görüş keçirdik, məhkumların şikayət və müraciətlərini dinlədik. Məhkumların bir çoxunun müraciəti cəzaların humanistləşdirilməsi prosesində tənzimləmə ilə bağlı idi. Məhbusları maraqlandıran suallar cavablandırıldı, onlara pulsuz hüquqi yardımlar göstərildi".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı