Modern.az

Mingəçevirdə REYD – sürücülər və piyadalar CƏRİMƏLƏNDİ

Mingəçevirdə REYD – sürücülər və piyadalar CƏRİMƏLƏNDİ

Aktual

26 İyul 2018, 10:23

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə piyadalara, eləcə də qaydaları pozan sürücülərə qarşı reyd keçirib.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan reyd zamanı əvvəlcə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb, onlara qanuni tədbirlər görülüb.

Daha sonra yol polisi reydi sürücülərlə davam etdirib. Burada da təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş vəziyyətdə avtomobil idarə edən, avtomobilin arxa baqaj hissəsinə qəsdən yük qoymaqla onu müxtəlif formalara salan , sərxoş vəziyyətdə sükan arxasında oturan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı