Keçmiş millət vəkili, milli azadlıq hərəkatının fəallarından olmuş, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının əsas müəlliflərindən biri, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Hacıbaba Əzimov mayın 16-da dünyasını dəyişib.
Modern.az xəbər verir ki xəbəri mərhumun dostları ictimailəşdiriblər.
Hacıbaba Əzimov 1 avqust 1938-ci ildə Lənkəranda dünyaya gəlmişdi.
Mərhumla vida mərasimi Təzəpir məscidində keçirilib, dəfn mərasimi Yasamal qəbiristanlığında olub.
Allah rəhmət eləsin!