Modern.az

Piyadanı vurub qaçan sürücü TUTULDU 

Piyadanı vurub qaçan sürücü TUTULDU 

Aktual

26 İyul 2018, 14:19

İyulun 22-nə keçən gecə 45-50 yaşlı kişinin ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilməsi, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etməyin mümkün olmaması və orada ölməsi barədə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu və Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyənləşdirilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü Bakı sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı