Türkiyədə Hakkarinin Yüksekova ilçəsində terror hadisəsi baş verib.
Modern.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, maşının PKK terrorçularının hazırladıqları əldəqurma partlayıcının işə düşməsi ilə ana və 11 aylıq körpə uşağı həlak olub.
Partladıcı qurğunun uzaqdan işə salındığı bildirilir.
Həyat yoldaşı çavuş Sərkan Karakayanı ziyarətə gələn Nurcan Karakaya geri qayıdarkən idarə etdiyi maşınla terrora qurban olub.
Qadın hadisə yerindəcə həyatını itirib, 11 aylıq körpə uşağı ağır yaralanıb. Uşağı xəstəxanaya qaldırılsa da bütün müdaxilələrə rəğmən həyatını itirib.
Qeyd edək ki, hazırda bölgədə PKK terrorçularını təmizləmək üçün əməliyyat başladılıb.
Əvəz ZEYNALOV