Ankara Məhkəməsinin qərarı ilə CHP başqanı vəzifəsindən uzaqlaşdırılan Özgür Özel, yenidən CHP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiya (qrup) rəhbəri seçilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, partiya mərkəzində qapalı fraksiya iclası keçirilib. Özgür Özel iclasda iştirak edən 96 deputatdan 95-nin səsini qazanaraq yenidən CHP TBMM Fraksiya rəhbəri seçilib. İstifadə olunan səslərdən yalnız 1-i etibarsız sayılıb.
Məlumata görə, xəstəlik, dəfn mərasimi və ya xaricdə ezamiyyətdə olmaq kimi üzrlü səbəblərdən iclasa qatıla bilməyən 42 deputatdan 15-i Özgür Özelə öz dəstəklərini yazılı şəkildə ifadə ediblər. Qeyd edək ki, hazırda CHP-nin parlamentdə ümumilikdə 138 millət vəkili var.