Modern.az

Xarkovda iki azərbaycanlı saxlanıldı

Xarkovda iki azərbaycanlı saxlanıldı

Aktual

30 Avqust 2018, 15:43

Ukraynanın Xarkov vilayətinin Volçansk rayonunda miqrasiya qanununu pozan iki nəfər saxlanılıb.

Bununla bağlı “Depo.Харьков” Xarkov polisinə istinadla məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər Azərbaycan vətəndaşlarıdır. Onların Ukrayna ərazisində qalmaq müddəti başa çatıb: “Azərbaycanlıların olduğu avtomobil Volçansk şəhərində saxlanılıb. Məlum olub ki, həmin şəxslər istirahət üçün Ukraynaya gəlib və Odessada qalıblar. Qalma müddəti başa çatdıqdan sonra onlar Ukrayna ərazisini tərk etməyiblər”.

Hazırda onların deportasiyası üçün sənədlər hazırlanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı