Modern.az

Ankarada dörd İŞİD-çi saxlanıldı

Ankarada dörd İŞİD-çi saxlanıldı

Current

14 Sentyabr 2018, 14:12

Türkiyənin paytaxtı Ankarada keçirilmiş əməliyyat nəticəsində İŞİD terror təşkilatının 4 üzvü saxlanılıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, daha bir terrorçunun axtarışları davam etdirilir.

Əməliyyat zamanı bir sıra mənzillərdə axtarış aparılıb və həmin şəxslərin Suriyada qanunsuz birləşmələrin tərkibində iştirak etdiyini təsdiqləyən sənədlər və videomateriallar aşkar edilib.

Xatırladaq ki, bu ilin iyul ayında İstanbulda İŞİD-in 33 üzvü saxlanılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı