Modern.az

Dünyada ilk dəfə insanın hepatit E siçan virusuna yoluxma halı qeydə alınıb

Dünyada ilk dəfə insanın hepatit E siçan virusuna yoluxma halı qeydə alınıb

Current

29 Sentyabr 2018, 23:49

Honkonq Universitetinin alimləri dünyada ilk dəfə insana hepatit E siçan virusu diaqnozu qoyublar. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

 

Bildirilir ki, əvvəllər insanların bu virusa siçan tərəfindən yoluxma halı qeydə alınmayıb. Virusa yoluxan şəxs 56 yaşlı kişidir. Əvvəllər ona qaraciyər köçürülüb. Onun analizləri daxili orqanlarının anomal funksiyalarını göstərib. Sonrakı tədqiqatlar həmin şəxsdə hepatit E siçan virusunu aşkar edib.

 

Alimlər güman edirlər ki, o, siçan peyininin olduğu qidanın qəbulundan sonra bu virusa yoluxub. Zərərçəkən hazırda antivirus müalicəsi alır, xəstənin vəziyyəti sabitdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı