Modern.az

Ermənistanda həmkarını güllələyən eks-deputat intihar etdi

Ermənistanda həmkarını güllələyən eks-deputat intihar etdi

مورد توجه

7 Oktyabr 2018, 15:58

Ermənistanın sabiq deputatı Karo Karapetyanın öldürülməsində şübhəli bilinən keçmiş parlementari Arutyun Qaragözyan intihar edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə işğalçı dövlətin polis orqanının mətbuat xidmətindən bildirilib. Qaragözyan Karapetyanı güllələdiyi və adına rəsmiləşdirilmiş silahla özünü öldürüb. 

Vaxtilə eyni partiyanın üzvü olmuş Karapetyanla Qaragözyan arasında insident biznes məsələlərinə görə baş verib. 

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının üzvü olan Karapetyan şənbə günü Yerevanda restoranların birində odlu silahla qətlə yetirilib. Onun qətlində başlıca şübhəli Qaragözyan hesab edilirdi.

 

Karo Karapetyan

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı