Modern.az

Pələng zoopark işçisini öldürdü

Pələng zoopark işçisini öldürdü

Current

9 Oktyabr 2018, 09:22

Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima şəhərindəki heyvanxanada ağ pələng hücum edərək əməkdaşı öldürüb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, hadisə oktyabrın 8-də axşam saatlarında baş verib. Təqribən 40 yaşlarında olan kişi açıq havada boynunda caynaq izləri ilə aşkar edilib. Tezliklə xəstəxanaya çatdırılmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər. Heyvanxananın əməkdaşı ölüm qabağı trankvilizatordan atəş açaraq pələngi zərərsizləşdirib.

Hazırda polis heyvanxanada yoxlama apararaq, burada heyvanlara qarşı necə davranıldığını araşdırır.

Kaqoşima heyvanxanası 1972-ci ildən fəaliyyət göstərir. Burada dörd ağ pələngin saxlanıldığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı